Tolik  at oynadan   bloggerlərin bazarını bağladı
28 mart 2024 12:42 (UTC +04:00)

Tolik at oynadan bloggerlərin bazarını bağladı

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) öz sosial şəbəkə hesabında bloggerləri ifşa edib. 

Lent.az-ın xəbərinə görə, o, bloggerlərin hiylə ilə reklam qazandığını bildirib. Bloggerlərin hansısa mağazadan reklam aldıqdan sonra ora gələn telefon zənglərinin artması əslində sadə bir fırıldaqçılığın nəticəsində baş tutur.

“Bir neçə məşhur blogger saxtakarlıqla məşğul olur. Bunların gizli “smm” xidmətləri var. Onlar reklamı paylaşdıqdan sonra həmin müştəriyə və ya mağazaya çox sayda zənglər gəlir və çoxlu sifarişlər olunur. Sifarişçi bunun blogerin reklamı əsasında olduğunu düşünür. Lakin bir neçə gündən sonra sifarişlər bəhanə ilə ləğv edilir. Bu yalançı piardır. Bu yaxınlarda həmin blogerlərin adlarını açıqlayacağam”,-  o bildirib.


 

# 4749
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar