Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun uşaqlıq illərinə aid fotosu gündəm olub.
Lent.az xəbər verir ki, Tatlıtuğun uşaqlıq görünüşü ilə indiki halı arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərində maraq yaradıb.
Onun azyaşlı vaxtlarında çəkilmiş fotosunda üz cizgilərinin illər ərzində çox dəyişmədiyi görünür.
Fotoda aktyorun sarı saçları, mavi gözləri və gülümsəməsi diqqət çəkib.
