Məşhurların şəxsi həyatı qədər, onların sevgililərindən aldıqları bahalı hədiyyələr də daim diqqət mərkəzində olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bəzi ulduzlara milyonlarla dollar dəyərində üzük, yaxta və daşınmaz əmlak hədiyyə edilib.
Cennifer Lopez
2002-ci ildə Ben Afflek sevgilisinə 2,5 milyon dollar dəyərində nadir çəhrayı brilyant qaşlı üzük hədiyyə edib.
Meraya Keri
Ceyms Paker müğənniyə təxminən 5 milyon dollar dəyərində yaxta bağışlayıb. Bundan əlavə, baş tutmayan toylarına görə ona 10 milyon dollar kompensasiya ödəyib.
Rihanna
Milyarder Həsən Cəmil müğənniyə ümumi dəyəri 1 milyon dollardan çox olan lüks zinət əşyaları və üzük hədiyyə edib.
Naomi Kempbell. Rusiyalı milyarder Vladislav Doronin məşhur model üçün Londonun mərkəzində ən bahalı mənzillərdən birini alıb.