Xatirə İslam ikinci dəfə  ana olmaq üçün   görün nə etdi
24 noyabr 2023 19:49 (UTC +04:00)

Xatirə İslam ikinci dəfə ana olmaq üçün görün nə etdi

Müğənni Xatirə İslam ikinci dəfə ana olmaq üçün xeyli zəhmət çəkdiyini bildirib.

Lent.az-ın xəbərinə görə, bu barədə proqramlardan birində danışan müğənni artıq ikinci dəfə ana olmaq istəyindən imtina etdiyini deyib.

"İkinci dəfə ana olmaq istəyirdim, 25 kiloqram kökəldim. Kökəlmək mənim işimə də ziyan vurdu. İstədiyim kimi işlərimi görə bilmədim, istədiyim geyimləri geyinə bilmədim. İstər maddi, istərsə də mənəvi tərəfdən əlimdən gələni etdim ki, ikinci dəfə ana olum. Müalicə üçün xarici ölkələrə getdim, aylarla orada qaldım. Olmadı. daha yenidən ana olmaq fikrindən daşındım. Artıq gecdir”, - o bildirib.

Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin Emil adında bir oğlu var. 

# 48537
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar