Xatunla Elza arasında  QALMAQAL  : "Dərmanlarını atmayıb" - VİDEO
05 fevral 2021 11:09 (UTC +04:00)

Xatunla Elza arasında QALMAQAL : "Dərmanlarını atmayıb" - VİDEO

1

Maqazin verilişlərinin birində barışdıqlarını söyləyən Əməkdar artist Elza Seyidcahanla müğənni Xatun Əliyeva arasındakı qalmaqal yenidən alovlanıb.

Lent.az-ın məlumatına görə, Elzanın Xatun barədə söylədiyi “Müğənni yox, yaxşı aktrisadır” sözlərinə qarşı tərəfdən cavab gəlib. Xatun "İnstaqram" səhifəsində Elzanın müsahibəsindən olan videonu paylaşaraq, bu sözləri yazıb:

“Öyrəndim ki, Elza bu verilişə gələndə dərmanlarını içməyibmiş. Ona görə də qatıb-qarışdırıb. Boş verin, Allah bu qadına yox yerdən şəfa versin”.

Qeyd edək ki, E.Seyidcahan Lent.az-a müsahibəsində bu sözləri demişdi: “Xatun Əliyeva özü üçün repertuar yaradıb. Amma bünövrəsindən onun musiqi savadı olsaydı, daha yaxşı olardı. Ara müğənnilərin içində özünə görə çalışır. Xatun Musiqili Teatrda aktrisa kimi sənətkar olardı.  Amma belə sıradan müğənnidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 8804

Oxşar yazılar