1 milyonluq maşını əzilən əməkdar artist: “Polislər gəlib...”
13 iyul 2013 11:30 (UTC +04:00)

1 milyonluq maşını əzilən əməkdar artist: “Polislər gəlib...”

 

 

Bu gün mətbuatda əməkdar artist Cavanşir Məmmədovun idarə etdiyi 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobilin qəzaya uğraması xəbəri yayıldı. Lent.az məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. O, ona dəymiş ziyanın ödəniləcəyini söylədi: “Bu gün səhər saatlarında idarə etdiyim maşını vurdular. Nə edə bilərdim? Sadəcə hadisə yerinə polislər gəlib, ölçdülər-biçdilər getdilər. Həm də mənim maşınımın sığortası var. Sığorta nə üçündür bəs? Maşınıma dəymiş ziyanı sığorta ödəyəcək”.

 

 

Qeyd edək ki, müğənninin “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobilinin 1 milyon manat qiyməti var.

 

 

 

# 4219
avatar

Yalçın UĞUR

Oxşar yazılar