Əlikram Bilala səsləndi: “ Adama gülərlər”
25 iyul 2013 13:42 (UTC +04:00)

 Əlikram Bilala səsləndi: “ Adama gülərlər”

“Bilal Əliyev deyir ki, mənim toy qiymətim 130 min avrodur. O qədər pulum olsa, Bilalı toya çağırmazdım, başqa yerə xərcləyərdim ”.

 

 

Bunu Lent. az-a müğənni Əlikram Bayramov deyib: “Onun bu qiymətə toya getməsi həqiqət deyil. Bilal o qiymətə toya gedəndə, məni də çağırsın, görüm, bu məbləği kim verəcək? Bu qiymət real deyil. Ona məsləhətim budur ki, 22-ci əsri gözləsin. O,  sadəcə, özünə piyar edir. Sabah mən də çox söz deyə bilərəm.

 

Ümumiyyətlə, adam dediyi sözə diqqət eləməlidir. Azərbaycanda Bilala 130 min avro verən adam var? Vallah, adama gülərlər. Bu, heç reklam da deyil,  boş sözdür. Bilal bu sözü deyibsə, bir də deməsin”.

 

 

Qeyd edək ki,  Bilal Əliyev Lent. az-n sorğusuna cavab olaraq toylara 130 min avroya  getdiyini bildirib.

 

# 1510
avatar

Yalçın UĞUR

Oxşar yazılar