Anar Nağılbaz Hüseyn Dəryanın ölümündən danışdı
15 mart 2014 13:52 (UTC +04:00)

Anar Nağılbaz Hüseyn Dəryanın ölümündən danışdı

Tanınmış reper, Azərbaycanda rep sənətinin yaradıcısı hesab edilən Anar Nağılbaz Hüseyn Dəryanın ölümü ilə bağlı fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, Anar Nağılbaz “facebook” profilində bununla bağlı status yazıb:

 

"Qardaşlarım, bacılarım! Bu dəqiqə bir xəbər eşitdim, inanmaq istəmirəm vallah heç zaman heç kimə biz pislik arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin! Allah qıcıqlandırıb düzgün olmayan 
fikirləri formalaşdıran, araqarışdıran jurnalistlərin də cəzasını versin inşaallah!

Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər dilə gətirmişəm, yeni tərz, üslub etdiyini demişəm, çalışmışam bacardığım qədər kömək, dəstək olum, qalmaqalları öz adıma yazıb onu bu yola qızışdıranlardan uzaq edim. Vallah çox pis oldum! Allah mərdüməzarlara lənət eləsin! Allah sənə rəhmət eləsin, Hüseyn! Sən AzRepə öz töhfələrini verdin!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5075

Oxşar yazılar