Portuqaliya millisi və Madrid “Real”-nın aparıcı oyunçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyra oğlunun dünyaya gəlişi ilə bağlı bir məsələni etiraf edib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, “La Gazetta dello Sport” onun açıqlamasını yayıb.
Futbolçunun anası “Ana - Cəsarət” adlı avtobioqrafik kitabında yazıb ki, Kriştianuya hamilə olanda onu abort etdirmək istəyib. Ancaq Aveyranın həkimləri bundan imtina edib. Sonra o, özü buna bir neçə dəfə cəhd göstərib. Uğursuz cəhdlərdən sonra uşağı dünyaya gətirmək qərarına gəlib.