Ayan Babakişiyevanın anası ona hansı məsləhəti verib?
09 iyul 2014 13:17 (UTC +04:00)

Ayan Babakişiyevanın anası ona hansı məsləhəti verib?

Bu gün APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Ayan Babakişiyeva şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ailəsindən söz açan müğənni bildirib ki, daim anasının məsləhətinə qulaq asır:

 

“Anam hər zaman mənə deyir ki, qızım vəhşi heyvanlardan və ölülərdən qorxma. Bu həyatda ən qorxulu, zərərli olan insanlardır. İnsanlardan qorx. Zərər onlardan gələ bilər.  Düz də deyir. Zamanla görürəm ki, onun söylədiyi fikirlər düzdür. Məhz buna görə də, onun məsləhətlərinə qulaq asmağa çalışıram”.

 

İfaçı övladından da danışıb: “Allah hər kəsin balasını saxlasın. Artıq dörd ay olar ki, qızım dünyaya göz açıb. Sevincli duyğudur. Deyərdim ki, qızım Selena çox aktiv uşaqdır. Anasına oxşayıb”.

 

Daha sonra stillərdən söz açan müğənni deyib ki, daim imicində yenilik edir: “Cəsarətli qadın və müğənniyəm. Bu günə qədər bir çox qeyri-adi fotosesiyalara imza atmışam. Hər bir layihədə isə tam fərqli obrazlarda olmuşam. Gündəlik həyatda makiyajdan istifadə etmirəm. Amma efirə çıxdığım zaman makiyaj etməyim vacibdir. Çünki makiyaj olunmayanda, yaşımdan az görünürəm. Bu da mənə xoş deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2896

Oxşar yazılar