[b]Elarizin "Greencard"dan xəbəri yoxdur: "Hindistanı seçirəm..."[/b]
22 may 2017 14:11 (UTC +04:00)

[b]Elarizin "Greencard"dan xəbəri yoxdur: "Hindistanı seçirəm..."[/b]

0

 

Müğənni Elariz Məmmədoğlu “Greencard” udmağı barədə xəbərini təkzib edib.

Lent.az-ın məlumatına görə, o,  azvision.az-a açıqlamasıda bu barədə aşağıdakıları bildirib:

 

 
“Mən "Greencard" üçün müraciət etməmişəm. Həm də ingilis dilini bilmirəm. Amerikada gedib nə edəcəm ki... "Greencard” haqqında sadəcə eşitmişdim ki, belə bir şans var. Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox. Bəlkə də övladlarım bunu mənim adımdan ediblər. Amma mənim heç nədən xəbərim yoxdur. Özümə də qəribə gəldi”.
 
Greencard.az-ın rəhbəri Röyal Cəfərov isə Qafqazinfo.az-a bildirib ki, Elariz Məmmədoğlunun adı uduşu qazananlar siyahısında yer alıb:
 
“Həmin uduşu Elariz Məmmədoğlunun xanımı Gülnar xanım qazanıb.   “Greencard”da belə bir qaydası var ki, əgər xanım uduşu qazanırsa, avtomatik olar ailə üzvü, həyat yoldaşı həmin uduşun qalibi olur. Elariz Məmmədoğlu özü bizimlə görüşüb, bu prosedurdan xəbəri var ”.

 

 

11:14

 

Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb.

 

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

 

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.

 

Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var.  İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısınında yer alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar