Azərbaycanlı müğənni iddialı danışdı
12 avqust 2013 16:10 (UTC +04:00)

Azərbaycanlı müğənni iddialı danışdı

“Azəri star-2006” mahnı müsabiqəsinin qalibi olan Fidan Süleymanovadan xəbər var. Müğənni Lent.az-a efirdə az görünməsinin səbəbini açıqlayıb. O bildirib ki, bu müddət ərzində sənətdən uzaqlaşmayıb: “Düzünü desəm, sənətimdə fasilə olmayıb. Efirdə görünmədiyim müddəti üst-üstə hesablasaq, ümumilikdə bir il ancaq edər. Sənətdən uzaqlaşmamışam. Sadəcə, efirdə çox görünmürdüm”.

 

 

Müğənni yaradıcılıq planlarından da danışıb: “Bu ilin əvvəllərində “Bu gecə” adlı mahnıma klip çəkildi. Uğurlu mahnı olduğu üçün ekran həyatı vermək qərarına gəldim. Necə deyərlər, dönüşüm möhtəşəm olacaq. Yaradıcılıq planlarım çoxdur, yeni mahnılar, kliplər gözlənilir”.

# 1823
avatar

Yalçın UĞUR

Oxşar yazılar