Əməkdar artist Elza Seyidcahan millət vəkili Qənirə Paşayeva ilə Türkiyə səfərindən qayıdıb. Səfərdən qayıdan E.Seyidcahan öz təəssüratlarını Lent.az-la bölüşüb: “Türkiyəyə getməyimin səbəbkarı və təşəbbüskarı millət vəkili Qənirə xanım oldu. Onunla Türkiyənin Məram bələdiyyə başqanı Sərdar Kalayçı ilə görüşdük. Qənirə Paşayevanın “Addım-addım Türk dünyası” kitabı da orada təqdim olundu. Həmin tədbirdə Qənirə Paşayeva möhtəşəm çıxış etdi. Orada gözəl yazıçımız Anar müəllim, millət vəkili Aqil Abbas və digər siyasət adamları var idi. Bu səfərimdə altı mükafatla geri döndüm. Maraqlısı o oldu ki, altı mükafatdan əlavə, bir kisə də fındıq verdilər. Türkiyə səfərimiz bütün çətinliklərə baxmayaraq yaxşı keçdi. Çünki yolda az qala avtomobil qəzası keçirdə bilərdik. Amma xoşbəxtlikdən yaxşı qurtardıq. Mən bunu şou üçün demirəm. Yəni sözümün canı odur ki, böyük uğurlar asanlıqla əldə olunmur. Risk etmək lazımdır. Orada “Koroğlu” festivalı keçirilirdi. Maraqlıdır ki, həmin günü beş dəfə yerə yıxıldım. Əməlli başlı uşaq kimi çırpıldım yerə. Amma səhnəyə çıxdığım zaman, hər şeyi unutdum. Çünki mənə Azərbaycanın Türkan Şorayı deyirdilər. Bu da mənə çox xoş oldu. Həm də musiqilərimi eşidənlər mənim qarşımda baş əyirdilər. Qənirə xanıma təşəkkürümü bildirirəm”.

Oxşar yazılar

Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26