“Buradan hər kəsə səslənirəm: mənim mahnılarımı “Youtube”a yükləməyin. Hardasa görsəm, həmin profil dağıdılacaq”. Lent.az-ın məlumatına görə, bu sözləri “10-lar” verilişində əməkdar artist Teymur Əmrah deyib. O, bildirib ki, onun xəbəri olmadan mahnılarını sosial şəbəkəyə yükləyən olsa, qanunla cavab verəcək: “Mahnılarımı “Youtube” kaalından silmişəm. Hətta rəsmi şəkildə, ingilis dilində “Youtube” administrasiyasına məktub yazmışam. Onlar bu işlə məşğul olurlar. Mən “Youtube” yüklədiyim mahnıların baxış sayından pul qazanacam. Niyə başqası qazanmalıdır ki? Zamanla öz şəxsi profilimə videolarımı, ifalarımı yerləşdirəcəm. Hətta televiziyalarda proqram zamanı verilişdə ifa etdiyim mahnılarda olsa, həmin mahnıları da sosial şəbəkədən siləcəm”.

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10