Bəstəkar-müğənni Nurlan Təhməzli yeni maşın alıb. Lent.az-ın məlumatına görə, ifaçı yeni aldığı “Range Rover Sport” markalı avtomobillə şəkillər çəkdirib və fotoları sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, N.Təhməzli xalq aristi Samir Cəfərovla birgə ifa etdiyi “Əsən yellər” mahnısı ilə tanınıb. O, müğənniliklə yanaşı bəstəkarlıq da edir.
Qeyd edək ki, müğənninin avtomobilinin dəyəri 100 min manata yaxındır.