Hansı müğənni Aygün Kazımovanın başına gül səpdi?
30 mart 2014 16:51 (UTC +04:00)

Hansı müğənni Aygün Kazımovanın başına gül səpdi?

Dünən xalq artisti Aygün Kazımova küsülü olduğu müğənni Ramal İsrafilovla el şənliyində üz-üzə gəlib. Lent.az-ın məlumatına görə, A.Kazımova ifasını bitirib səhnəni tərk etdiyi məqamda R.İsrafilov ona yaxınlaşaraq əlində olan gül çələngini xalq artistinin başına səpib. Sonra “Respublikanın xalq artisti Aygün Kazımova” deyə həmkarını təqdim edən Ramal öz ifasına başlayıb. A.Kazımova isə onun bu jestini cavabsız qoyub. Baş verən bu hadisələri isə prodüser Tolik (Tarix Əliyev) lentə alıb.

 

 

Qeyd edək ki, tərəflər arasında qalmaqal Ramal öz bəstəsi olan “Biletini alma” mahnısını A.Kazımovanın ifasında bəyənmədiyini söyləməsindən sonra başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1550

Oxşar yazılar