İradə İbrahimova dodaqlarından danışdı
01 avqust 2013 19:08 (UTC +04:00)

İradə İbrahimova dodaqlarından danışdı

 

 

Müğənni İradə İbrahimova dodaqlarını slikon etməsi xəbərinə münasibət bildirib. İ. İbrahimova Lent.az-a açıqlamasında deyib ki, virtual dostlarından biri onun 2009-ci ildə çəkilən “Nigaranam, gəl” klipindəki şəkilini fotomontajla dolduraraq səhifəsinə yerləşdirib. Müğənnin buna cavabı gecikməyib: “Dodaq slikonu yeni dəbə düşəndə mənə təklif olundu. Amma istəmədim. İndi də istəmirəm. Allah necə yaradıbsa, elə də qalacaq. Sadəcə həmin şəkli dostlarımla paylaşıb, fikirlərini bilmək istədim. Fotomantajı bu qədər şişirtməyə ehtiyac yoxdur”.

 

 

# 2937
avatar

Yalçın UĞUR

Oxşar yazılar