Türkiyəli müğənni Kənan Doğulu sentyabrda Bakının qonağı olacaq. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi “Fanta gənclik” festivalı çərçivəsində “Baku Crystal Hall”da konsert verəcək.
Konsertdə Kənan Doğulu ilə yanaşı səhnəyə müğənni Natavan Həbibi və Miri Yusif də çıxacaq.
Qeyd edək ki, Kənan Doğulu bundan əvvəl bir neçə dəfə də Bakının qonağı olub.