Maradona keçmiş sevgilisini oğurluqda ittiham edir
14 iyul 2014 21:17 (UTC +04:00)

Maradona keçmiş sevgilisini oğurluqda ittiham edir

Dubay polisi məşhur futbolçu Dieqo Maradonanın keçmiş sevgilisi Oliva Rosionun həbsi ilə bağlı order verib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı model oğurluqda ittiham edilir.

 

Dubay polisinin əməkdaşı bildirib ki, İnterpolla əməkdaşlıq edəcək və modelin beynəlxalq axtarışa verilməsinə nail olacaqlar.

 

Dieqo Maradona Dubayda yaşadıqları müddətdə Oliva Rosionun evdən bahalı əşyaları – üzəri brilyantlarla bəzədilən saatlar və zinət əşyalarını oğurladığını bəyan edib.

 

 O, modelin “Mançester Yunayted”in qapıçısı David de Xea ilə əlaqələri barədə öyrəndikdən sonra sevgilisi ilə ayrılıb. Amma de Xea özü bu ittihamları rədd edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000

Oxşar yazılar