Mələkxanım Əyyubovadan qardaşı oğluna: <b>“Küsülülüyə son qoy”</b>
30 mart 2014 18:59 (UTC +04:00)

Mələkxanım Əyyubovadan qardaşı oğluna: “Küsülülüyə son qoy”

Xalq artisti Aygün Kazımova ilə müğənni Ramal İsrafilov arasında olan qalmaqala xalq artisti Mələkxanım Əyyubova münasibət bildirib. Lent.az-ın məlumatına görə, “Atv” telekanalında yayımlanan “Nə varsa” verilişinə qonaq olan muğam ifaçısı M.Əyyubova qardaşı oğlu R.İsrafilova müraciət edərək bildirib ki, A.Kazımova qarşı küsülüyə son qoysun:

 

 "Elə küsülülük var ki, onunla barışmasan yaxşıdır. Amma bu başqa bir söhbətdir. Bizim nəsilin ağsaqqalı qardaşımdır. Amma bizim nəsildən sənətdə olan  Vüsal, Ramal, Valeh, MirKamilin bütün işlərinə mən nəzarət edirəm. Yəni mənim nəzərim bunların üzərindədir. Həm sənətlərinə, özlərini necə aparmalarına mən diqqət edirəm. Onlar özləri də hiss edirlər ki, üzərilərində bir məsuliyyət var. Amma bu şou-biznesdir. Mənim bu şou-biznesin dərinliklərindən xəbərim yoxdur. Xəbərim olmur ki, bu aləmdə nələr baş verir. Amma birdə görürsən ki, mətbuatda nələrsə çıxır. Mən öndə gedən sənət nümayəndəsi kimi hər zaman özümü elə aparmışam ki, bizdən sonra gələnlər deməsinlər ki, “Siz özünüz hansı öyüd nəsihətdən danışırsız?”. Ona görə də hər bir addımımızda diqqətli olmalıyıq. Mən bu gün ki, gün gənclərimizdən narazıyam. Mən deyəndə, yəni bütün sənətçilərin adından danışıram. Bunu haqqım da var deməyə. Gənclərimizin böyük-kiçik yerlərini bilməməkləri bizi bir az ağrıdır. İndi də bir az söz-söhbət var. Bilmirəm şoudur, yosa... Mən Aygün xanımı salamlayıram. Mən istəyirəm ki, Ramal bu gün Aygün xanımla olan incikliyə, küsülüyə son qoysun. Çünki o sənətə gələndə hələ Ramal, o cümlədən indiki gənclər sənətdə yox idi. Böyükdə səhv olsa da, balaca hər zaman kiçikliyin göstərib, susmalıdır. Çünki evdə böyüklərinizin üzünə ağ ola bilərsiz? yox. Onlarda bu sənətin böyüyüdür. Baxın bu gün bu küsülülüyə son qoyulacaq”.

 

M.Əyyubovanın bu sözlərindən sonra Ramal da A.Kazımovaya səslənib: “Böyüyümüz çox gözəl nəsihət etdi. Məndə bildirmək istəyirəm ki, əlbəttə ki, hər zaman böyüklərimizin məsləhətini dinləmişəm. Ona görə də mən açıqlamaq istəyirəm ki, ortada gedən söhbət xalq artisti Aygün Kazımova ilə mənim aramda olan inciklikdir. Aramızda balaca bir inciklik olmuşdu. Aygün xanıma buradan salamlayıram. O, hamımızın sevimlisidir ”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392

Oxşar yazılar