Millət vəkili: “Bu adları İlhaməyə kim verib?”
03 iyul 2013 13:54 (UTC +04:00)

Millət vəkili: “Bu adları İlhaməyə kim verib?”

Millət vəkili Çingiz Qənizadə İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib. Lent. az-ın məlumatına görə, o, iki xalq artistinin qalmaqalını biabırçılıqdan başqa bir şey olmadığını vurğulayıb: “Son vaxtlar xalq artisti İlhamə Quliyeva tərəfindən Məleykə Əsədovaya, Nazpəri Dostəliyevaya, Brilliant Dadaşovaya, Aygün Kazımovaya qarşı “hücum” larının arxasında nə durduğu başa düşülən deyil. Bundan əlavə xatırlayırsınızsa bir neçə gün öncə  Milli Məclisin deputatı Nizami Cəfərov İlhamə Quliyeva haqqında mətbuata belə bir fikir açıqlamışdı: “...bəzən İlhamə xanım o qədər darıxır ki, özü özünə ad verir” ( bax: lent.az  01.07.2013). Məndə olan məlumata görə, Nazpəri Dostəliyeva İlhamə Quliyeva haqqında televiziya və mətbuatda aşağıdakı fikirləri bildirib: “İlhamə özünü “Dünya sülh səfiri”, Cenevrədə “BMT-nin idarə heyətinin üzvü ”, “Vətən mükafatı laureatı”, “Dünya azərbaycanlıları Konqresi mədəniyyət akademiyasının prezidenti” kimi təqdim edir. Görəsən, mövcud olmayan adları ona kim verib? O, özü özünə titullar verir. Bəlkə İlhamə Quliyeva Mədəniyyət naziridir, prezident köməkçisidir?”

Əslində, Nizami Cəfərov kimi mən də bilmək istərdim ki, bu adları hansı rəsmi qurumlar verir? 

 

 

Millət vəkili daha sonra xalq artisti İ.Quliyevanın şikayəti əsasında N.Dostəliyevanın 50 min manat münasibət bildirib deyib:

 

 

“Çox təəssüf edirəm ki, Nəsimi rayon Məhkəməsi tərəfindən N.Dostəliyeva yuxarıda qeyd etdiyimiz fikirlərinə görə 50 min manat cərimə olunub. Guya İlhamə Quliyevaya mənəvi zərər vurub. Mənəvi zərər şəxsin yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda olur. Mən hakimdən soruşmaq istərdim ki, Nazpəri xanımın fikirlərindən sonra bu halların hansı baş verib? Amma unutmaq lazım deyil ki, təxminən bir ay bundan öncə ATV kanalının canlı yayımında İ. Quliyevanın N. Dostəliyeva ilə canlı telefon bağlantısı zamanı İlhamə xanımın heç bir etik normalara sığmayan və xüsusilə qadına yaraşmayan “Mən yemirəm, yedizdirirəm...” ifadəsi təkcə Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi.

 

Belə hesab edirəm ki, Nəsimi rayon Məhkəməsinin dünən verdiyi qətnamə ədalətli deyil, ləğv edilməlidir”.

# 3417
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50