Murad Boz Bakıya gəlir
23 iyul 2013 11:31 (UTC +04:00)

Murad Boz Bakıya gəlir

Bir müddət əvvəl Bakıdakı konserti təxirə salınan Türkiyənin məşhur müğənnisi Murad Boz yenidən Bakıya gəlir.

 

 

Lent. az-ın məlumatına görə, bunu “Qafqazinfo” ya eksklüziv olaraq konsertin təşkilatçısı, teleaparıcı İlhan Özbay deyib. O, bildirib ki, Murad Boz Bakıda açılacaq bir restoranın açılışına gələcək: “Murad Bozu daha öncə başqa bir təşkilatçılar Bakıya gətirmək istəyirdilər. Amma bir sıra problemlər çıxdı. O, da gəlmədi. İndi biz onun meneceri ilə danışdıq, çox çətin şərtlərlə razılığa gəldik. Həmin şərtlərdən biri isə Murada veriləcək qonorarın əvvəlcədən ödənilməsidir. Murad Bozu Bakıya restoranının açlışına gətirən iş adamı da bu şərtlə razılaşıb. İnşallah, sentyabrın sonunda onun Bakıda konserti olacaq”.   

 

Qeyd edək ki, Murad Boz Türkiyədə Tarkandan sonra ən çox tanınmış pop ulduzudur.

 

 

# 1600
avatar

Oxşar yazılar