Ötən gün xalq artisti Aygün Kazımovanın müğənni Nadir Qafarzadənin ünvanına söylədiyi ittihamlar cavabsız qalmayıb. “Əjdaha” ləqəbi ilə tanınan müğənni N. Qafarzadə həmkarı A. Kazımovanın cavabını elə Lent.az vasitəsi ilə verdi: “Ötən gün mən sizə müsahibə verdim. Müsahibəm zaman heç bir sənətçinin adını vurğulamadım. Sadəcə söylədim ki, fəxri ad verilən zaman sənətçinin yaradıcılığından əlavə, ədəb-ərkanına da diqqət yetirilməlidir. Daha sonra söylədim ki, bundan sonra hər hansı bir sənətçinin fəxri adının əlindən alınması gecdir. Ancaq mənim bu açıqlamalarımdan sonra A.Kazımova sosial şəbəkədəki səhifəsində barəmdə ittihamlar, hətta təhqirlər qeyd etdi. Onun bu sözlərinə görə məhkəməyə müraciət edə bilərəm. Amma qadın xeylağı olduğu üçün bunu ona keçirəm. Mən yalnız sənətimə və ailəmə vaxt ayırıram. Qalmaqal etməyə vaxtım belə yoxdur. A. Kazımovaya isə sənətində uğurlar arzu edirəm”.

Oxşar yazılar

13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13
“Galatasaray”ın baş məşqçisi modelin boşanma prosesinə ÇAĞIRILDI
5 may 2025 , 10:14
Akif İslamzadə oğluna toy etdi - VİDEO
5 may 2025 , 08:58
Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08