“Bundan sonra kimsə mənə sənətçi desə, mikrofonu onun başına vuracam”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “ATV maqazin” verilişində deyib. Nadir onu sənətçi kimi təqdim edən şəxsi yaxşı aqibət gözləmədiyini də bəyan edib:
“Yaşıma və iş stajıma görə özümə sənətkar deyə bilərəm. Söz verirəm, bundan sonra kimsə mənə sənətçi desə, mikrofonu onun başına vuracam. Əgər deyən olsa, deyəcəm ki, sənətçi də sənsən, pinəçi də, kolxozçu da… Mən sənətkaram.”
N. Qafarzadə sənətkarlığın kateqoriyasının olduğunu da deyib: “İnsanın istəyi yoxdursa, pulun gücünə heç bir şeyi həll etmək olmaz. Quyuya su tökməklə deyil. Böyük sənətkarlarımız Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Ramiz Mirişli, Elmira Rəhimovadır. Kiçik sənətkarların sırasına isə Teymur Əmrah, Samir Cəfərov, Aygün Kazımova, Azər Zeynalov daxildir. Sadaladıqlarım da zamanla böyük sənətkarlardan olacaq. Bu mənim subyektiv fikrimdir. Kimin buna şübhəsi varsa, gəlsin sözü üzümə desin. Daha efirlərdən səslənməsin. Efirdən sözünü deyən şəxs sadəcə olaraq, qorxaq insandır”.