Namiq Qaraçuxurlu: “Həbs olunmağımla bağlı yazılanlar yalandır
09 avqust 2013 19:10 (UTC +04:00)

Namiq Qaraçuxurlu: “Həbs olunmağımla bağlı yazılanlar yalandır

"Təxminən belə bir ssenari yaxında çəkiləcəyim serialda olacaq"

 

 

Meyxana ifaçısı Namiq Qaraçuxurlu bu gün mətbuatda yayılan polis tərəfindən saxlanılması haqqında  xəbərə münasibət bildirib. 

Hadisə ilə bağlı meyxanaçı özü “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, yayılan informasiya kökündən yanlışdır,  belə bir hadisə olmayıb: 

“Mən bütün Ramazan ayı oruc tutmuşam. Bu gün də hamı kimi bayramı qeyd etməyə hazırlaşırdım. Səhər tezdən mənə saysız gələn zənglərin nəticəsində bu xəbərdən məlumatım olub. Ən azından belə gözəl gündə yalan xəbər yayılmamalıdır ilk növbədə, bu, günahdır.

Məsələyə hüquq-mühafizə orqanları da münasibət bildirməlidi. Düşünürəm ki, Daxili İşlər Nazirliyi də bu məlumatın yanlış olduğunu açıqlamalıdı".

Müğənni onu da deyib ki, bir neçə həftədən sonra o, seriala çəkiləcək. Orda təxmini belə səhnə nəzərdə tutulub ancaq bu təbii ki, ssenaridir.

 

# 1529
avatar

Oxşar yazılar