Putinin qızını Avropadan qovurlar
23 iyul 2014 23:35 (UTC +04:00)

Putinin qızını Avropadan qovurlar

Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna səmasında rusiyapərəst qüvvələr tərəfindən vurulması nəticəsində 190 Hollandiya vətəndaşının həlak olması bu Avropa ölkəsində kəskin hiddət hissi doğurub.


Hollandiyada Rusiyaya münasibət kəskin dəyişib. Hollandiya şəhərlərindən birinin meri isə daha da irəli gedərək Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb.

Lent.az-ın Axşam.az istinadən məlumatına görə, bu barədə  “The Guardian” yazıb. Nəşrin yazdığına görə, deportasiya olunması tələb edilən Mariya Putina Hollandiya təbəəsi olan sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.

Putinin qızını ölkədən qovmaq tələbi ilə isə Hilversum şəhərinin meri Piter Broertesdir. Mer bu tələbini iyulun 23-də “Radio 1” radiostansiyasına müsahibəsi zamanı dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4942

Oxşar yazılar