Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva və rəqqas İlham Kərimli repertuarına yeni “Xəyal” adlı rəqs nümunəsi daxil ediblər. Lent.az-ın məlumatına görə, rəqqasə bildirib ki, yeni rəqsi yaxınlarda təqdim etməyi düşünürlər: “Dostum rəqqas İlhamla bir neçə müddətdir ki, “Xəyal” rəqsi hazırlayırıq. Çox maraqlı bir rəqs nümunəsidir. İnanıram ki, tamaşaçılar tərəfindən də seviləcək.
Bundan əlavə hind, türk və qaraçı rəqsləri üzərində də çalışırıq. Bu mövsümdə yaradıcılıq işlərimdə edəcəyim yeniliklər yetərincədir. Bir çox layihələr üzərində də danışıqlar gedir. Azərbaycanın bölgələrinə turneyə çıxmaq niyyətindəyik. Texniki məsələlər həll olunsa, konsertimiz baş tutacaq və o zaman vaxt dəqiq bilinəcək”.
Rəqqasə Fatimə daha sonra skripkaçı əməkdar artist Səlim Abbasovla olan işbirliyindən söz açıb: ""Lalələr" xalq mahnısını skripkaçı Səlim fərqli ifa edəndən sonra, düşündüm ki, bu kompozisiyaya yeni bir rəqs hazırlamaq çox gözəl olardı. Səlimlə danışdıqdan sonra qərara gəldim ki, hazırlayım. Hazırda həmin rəqsi hazırlayıram. Bu, tam yeni tərzdə olan rəqs olacaq”.

Rəqqasə Fatimə bölgələrə turneyə çıxacaq
Oxşar yazılar

Meşə yanğınları Bülent Ersoyun villasına yaxınlaşdı - VİDEO
25 iyul 2025 , 19:01
Bred Pitt keçmiş arvadının eşq münasibətinə sevinir: O, xoşbəxt olacaq
25 iyul 2025 , 17:22
Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI
25 iyul 2025 , 13:18
Fahriye Evcenin bu FOTOLARI sosial medianı silkələdi
24 iyul 2025 , 19:20
"Həyatımın sevgisi" demişdi: Şeyma Subaşı və Marlon Teyşeyra ayrıldı
24 iyul 2025 , 17:33
Maykl Ceksonun qızı küçədə ağlaya-ağlaya gəzdi
24 iyul 2025 , 16:49
Ölüm xəbəri yayılan Sərdar Ortac DANIŞDI
24 iyul 2025 , 14:57