Rəqsanə: “Biz ət yeyənik” – REPORTAJ
13 iyul 2013 11:10 (UTC +04:00)

Rəqsanə: “Biz ət yeyənik” – REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

 

“Ac qalası deyiləm ki?”

 

 

Müğənni Rəqsanə ilə görüşümüz mütəmadi “Bazarlıq” etdiyi super-marketin qarşısında oldu.

 

 

- Alış-verişə başlamadan öncə deyim ki, layihəniz çox fərqlidir. Mən özüm də internetdə bir neçə dəfə layihənizi izləmişəm. Uğurlarınızın ardı gəlsin. İndi keçək bazarlığımıza. İnanırsan heç bilmirəm  nə alacam. Bu gün yalnız istifadə edəcəyim məhsula pul xərcləyəcəm. Çəkiliş üçün alış-veriş edənlərdən olmayacam. Həm də bir neçə gündən sonra Bakını tərk edəcəm. Türkiyəyə yollanıb, orada yaradıcılıq işlərimlə bağlı bir-iki məsələlər yoluna qoyacam. Amma hələ Türkiyəyə getməyimə 3-4 gün var. Ona kimi ac qalmamaq üçün yeməyə nəsə almalıyam.(gülür)

 

 

- İilk öncə hansı şöbəyə baş çəkək?

 

- Yalçın, elə bilirsən mənim alış-verişdən başım çıxır? Bazarlıq etməklə elə də aram yoxdur. İşlərimlə əlaqədar alış-verişə vaxt qalmır. Amma arada bir etmək lazımdır. Hətta bir neçə bundan öncə  qızlarımla Moskvada bazarlıq etdik. Bazarlıq etdiyimiz zaman şəkillər də çəkdirib, sosial şəbəkədə yerləşdirmişdik. Məncə ilk əvvəl süd məhsulları satılan şöbədən başlasaq yaxşı olar.

 

 

“Evimizdə hər gün toyuq bişir”

 

 

Süd məhsulları satılan bölmədən 4 ədəd xama, 1 ədəd qatıq, 2 ədəd kəsmik, 2 kq pendir alıb, yollanırıq ət məhsulları satılan şöbəyə.

 

 

 

- Rəqsanə İsmayılova hansı ət məhsullarına üstünlük verir?

 

- Hamısından. Biz ət yeyənik. Xüsusi ilə də toyuq ətindən. Demək olar ki, evimizdə hər gün toyuq bişir. Mal-qoyun ətini isə təzə kəsilmiş halda anam alır. Onun bu barədə daha yaxşı anlayışı var. Elə bu gün də mal və qoyun əti almayacam. Bu işi onun öhdəsinə buraxmışam.

 

Ət məhsulları satılan bölmədən 4 kiloqram toyuq əti alır.

 

 

“Hər cür yemək bişirə bilirəm”

 

 

 

- Evdə yemək bişirirsən?

 

 

- Mənim ən sevdiyim yemək dovğa və dolmadır. Bu iki yemək bizim evdə tez-tez bişir. Özüm də yemək bişirməyi çox sevirəm. Hər cür yemək bişirə bilirəm. Vaxtım olanda istənilən yeməyi hazırlaya bilərəm. Artıq ailəli bir qadınam. Yoldaşım nə yemək istəsə, hazırlaya bilərəm.

 

 - Evinizə qonaq getsək, ona hansı yeməyi hazırlayardız?

 

- Qonaq nə yemək istəsə hazırlaya bilərəm.

 

 

- Rəqsanə  naharını günün hansı saatında edir?

 

- İlk qidamı saatı 12-də, ya da 1-də. Arada şirniyyat yeyə bilərəm. Amma sizə deyim ki, çox yemək yemirəm. Əksər hallarda pəhrizdə oluram. Özümə diqqət edən qadınam. Bədən parametrlərim daim qaydasında olmalıdır. Sənət adamıyamsa, baxımlı olmalıyam. Bu, əsasdır.

 

***

 

Parfümeriya məhsulları satılan şöbəyə keçirik. 2 ədəd saç şampunu, 3 ədəd sabun alıb keçirik şirniyyat satılan şöbəyə... Amma bu bölməyə keçmədən öncə müğənni qohumu ilə qarşılaşır. Qohumu ilə hal-əhval tutduqdan sonra, onunla sağollaşır.

 

- Deyirəm nə yaxşı ki, bizimlə alış-verişə gəldin. Dükandan mal alan zaman qohumuna da rast gəldin...

 

- Hə. Yalçın təsadüfə bax eee. (gülür) Bu gün qohumumun da bu dükandan bazarlıq etməsi elə təsadüf oldu və biz bir-birimizi gördük.

 

İndi şirniyyat şöbəsindən nə almağı düşünürsən?

 

- Bizim evdə şirniyyat çox yeyilir. Qızlarım da şirniyyat yeyəndi. Elə indi də ilk əvvəl balaca qızım Yağmurun, daha sonra Aysunun yediyi yeməkləri alacam.

 

Şirniyyat satılan şöbədən 3 kiloqram konfet, müxtəlif cür şirniyyatlar alıb, yollanırıq çörək satılan şöbəyə.

 

- Bəs çörək almırsınız?

 

-  Alacam. Amma bir ədəd qara çörək. Mən pəhrizdəyəm. Xüsusi ilə də ağ çörək olmaz.

 

- Məhsulun keyfiyyət nişanına diqqət edirsən?

 

- Tələm-tələsik alış-veriş etdiyim zaman ola bilər ki, diqqət etməyim. Amma əksər hallarda məhsulun keyfiyyət nişanına baxıram. Çünki məhsulun keyfiyyət nişanı, istehsal tarixi köhnə olduğu zaman problem yarana bilər. Problemlər yaşamamaq üçün diqqətli olmalıyam.

 

 

***

 

Beləcə, alış-verişi bitirib kassaya yaxınlaşırıq. Rəqsanənin bazarlığı ona 187 manat 22 qəpiyə başa gəlir...

# 5705
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Nikol Kidmana  “Ömür boyu uğur mükafatı” verildi

Nikol Kidmana “Ömür boyu uğur mükafatı” verildi

29 aprel 2024 , 14:03
Cavidan Novruz  “Komedixana”dan getdi

Cavidan Novruz “Komedixana”dan getdi

29 aprel 2024 , 11:44
Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI  -VİDEO

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI -VİDEO

29 aprel 2024 , 10:26
Flora Kərimova plastik cərrahı məhkəməyə verib

Flora Kərimova plastik cərrahı məhkəməyə verib

29 aprel 2024 , 10:04
Məşhur balerina paltarsız  FOTOSUNU   yaydı

Məşhur balerina paltarsız FOTOSUNU yaydı

29 aprel 2024 , 09:53
Britni Spirs atası ilə  razılığa gəldi

Britni Spirs atası ilə razılığa gəldi

28 aprel 2024 , 14:35
Paris Hilton 43 yaşında

Paris Hilton 43 yaşında

28 aprel 2024 , 11:01
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı

Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı

27 aprel 2024 , 12:58