Müğənni Rəqsanə İsmayılova bu gün ANS telekanalında yayımlanan “Bazar səhəri Rövşanə Bektaşi ilə” verilişinin qonağı olub. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, Rəqsanə aparıcı R.Bektaşinin ona ünvanladığı “Sənin ürəyini nə ilə ələ almaq olar?” sualına belə cavab verib:
“Heç bir qızıl, brilyant məni ələ ala bilməz. Təmiz qəlb, sevgi olmalıdır. O insanda mədəniyyət, hörmət görməliyəm. Nəinki özümə qarşı, ətrafımda olan insanlara elə bir jestlər etməlidir ki, məni ələ ala bilsin”.
Rəqsanə mayın 25-nin ad günü olduğunu bildirərək canlı yayımdan həyat yoldaşına da səslənib:
“Ad günüm yaxınlaşır. Mənə “Gelandewagen” alsa, daha çox sevinərəm. Buradan həyat yoldaşıma müraciət edirəm. İstəyirəm ki, həmin avtomobildən mənə hədiyyə etsin”.

Rəqsanə həyat yoldaşına səsləndi: “ Mənə “Gelandewagen” al”
Oxşar yazılar

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58