Rəqsanə Sərdar Cəlaloğlu və Vaqif Səmədoğludan danışdı - AÇIQLAMA
19 aprel 2013 10:49 (UTC +04:00)

Rəqsanə Sərdar Cəlaloğlu və Vaqif Səmədoğludan danışdı - AÇIQLAMA

Sərdar Cəlaloğlu ilə Vaqif Səmədoğlunun mübahisəsində müğənni Rəqsanənin adının hallandırılması sənətçini danışmağa vadar edib. Məsələ ilə bağlı müğənni Lent. az-a bunları deyib: “Əvvəla qeyd edim ki, ötən gün adımdan yazılan açıqlamanın sonluğunda qeyd edilib ki, guya, mən hər iki şəxsi hədələmişəm. Jurnalistin yazdığı “Elə etməyin ki...” ifadəsi mənə yox, müəllifin özünə məxsusdur. Bu məsələdə adımın çəkilməsinə gəlincə, bir qadın olaraq, hər iki kişiyə bunu ayıb bilirəm. Bu söhbətdə mən yoxam, adımı niyə çəkməlidirlər? Jurnalistlərdən xahişim odur ki, mənim adımdan nəsə yazmasınlar.”

Xatırladaq ki, Sərdar Cəlaloğlu müsahibələrinin birində Səməd Vurğun haqqında təhqiramiz ifadələr işlətmişdi.

# 2432
avatar

Yalçın UĞUR

Oxşar yazılar