Rəqsanə stolların üstündə elə pozalar verdi ki...
28 may 2013 10:29 (UTC +04:00)

Rəqsanə stolların üstündə elə pozalar verdi ki...

Uzun müddətdir İstanbulda yaradıcılıq işləri ilə məşğul olan müğənni Rəqsanə belində keçirdiyi əməliyyatdan sonra yenidən iş başına qayıdıb. Lent.az-ın məlumatına görə, Sinql çalışmalarını davam etdirən müğənni fotosessiya etdirib. Türkiyənin tanınmış fotoqrafı, Sibel Can və bir sıra sənətçilərlə çalışan Güneş Kazdalın kamerası qarşısına keçən Rəqsanəyə qızı Aysun da yaxından köməklik edib. Fotoçəkilişlərdə müğənninin qızı Aysun anasına geyim seçib və özünün də hazırladığı geyimlərdən istifadə edib. Rəqsanənin obrazı üzərində tanınmış body-art və make-up müxtəxəssisi Murad Kəsər çalışıb. İddialı geyimləri ilə diqqət çəkəcəyini bildirən müğənni inşaat materiallarından hazırlanan geyim geyinib. Qısa zamanda bu barədə açıqlama verəcək Rəqsanə geyimində mismarlardan istifadə olunduğunu bildirib.

Onu da xatırladaq ki, beş mahnıdan ibarət sinqla daxil olan musiqilərin hamısı Rəqsanəyə aiddir. Sinqla müğənninin vaxtilə məşhur mahnısının remiks versiyası da daxil ediləcək.

# 7241
avatar

Yalçın UĞUR

Oxşar yazılar