Müğənni Röya Ayxan sözləri Azər Şirinə, musiqisi Pərviz Mahmudova məxsus "Mən Sənsiz" adlı bəstəyə klip çəkdirib. Lent.az-ın məlumatına görə, ifaçı klipini Türkiyənin məşhur "Möhtəşəm Yüz Yıl " serialının lentə alındığı çəkiliş meydançasında çəkdirib. Rejissor Müjdat Küpşinin ekranlaşdırdığı çarxda Röya 5 obrazda təqdim olunub.
Klipdə Röyanın imici üzərində stilist Bener Hamamcı çalışıb.
Qeyd edək ki, Röya “Mən səniz” adlı klipi avqust ayına təqdim edəcək.