Röyanın Qəbələ konsertində nələr yaşandı?
11 avqust 2013 01:17 (UTC +04:00)

Röyanın Qəbələ konsertində nələr yaşandı?

Azərbaycanın tanınmış müğənnisi, estrada ulduzu Röya Ayxanın Qəbələ konserti baş tutub. Lent.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə Qafqaz Resort Hoteldə gerçəkləşən konserti aparıcı Nanə Ağamalıyeva açıq elan edib.

 

Aparıcı ilk olaraq səhnəyə meyxanaçı Vüqarı dəvət edib. Meyxanaçı öz növbəsində “Qəbələ”, “Ata, sən özün cavan olmamısanmı?”, “Azərbaycan” adlı musiqi parçalarını ifa edərək, sonra yerini Röyaya verib.

 

Müğənnin səhnəyə gəlişi sözün əsil mənasında gecəyə rəng qatıb. Fanatlarının alqışları və “Röya!”, “Röya!”  sədaları ilə səhnə alan müğənni ən sevilən mahnılarını ardı-arda düzüb.

 

Konsert bitər bitməz öz pərəstişkarları şəkil çəkdirib avtoqraf verən müğənni yerini DJ Cinaya buraxaraq, çıxışını başa vurub.

 

Daha sonra müğənni konsertlə bağlı təəssüratlarını Lent.az-la bölüşüb: “Bu gün Bakıdan gələn pərəstişkarlarıma, ümumilikdə bütün sevənlərimlə əla bir gecə yaşadığımızı düşünürəm. Ümumilikdə hər şeydən razıyam. Məhz buna görə də ilk növbədə təşkilatçı Nahid Emiloğluya və mənim komandama təşəkkürümü bildirirəm. Bu cür konsertlərimizin ardı olacaq”.

 

Qeyd edək ki, Röyanın konsertinin informasiya dəstəkçisi Lent.az saytı idi.

# 7917
avatar

Yalçın UĞUR

Oxşar yazılar