Zarinanın köhnə mahnıları yeni variantda
24 iyul 2014 12:44 (UTC +04:00)

Zarinanın köhnə mahnıları yeni variantda

Tanınmış müğənni Zarina Məmmədova türkiyəli ulduz Sərdar Ortaçla bir səhnəyə çıxacağı konsertə hazırlaşır. Lent.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə 27 sentyabr tarixində Yaşıl Teatrda baş tutacaq konsertdən əvvəl Zarina yeni mahnı ərsəyə gətirib. “Dəlilik” adlı mahnısının remix vriantını radiolara təqdim edən müğənni “Her ortamda” adlı türk mahnısını da yenidən lentə aldırıb.

 

Zarina həmçinin yeni mahnı üzərində çalışır. O, musiqi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus “Niyəsi yoxdur” adlı mahnı hazırlayır: “Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanınam ki, bu mahnı sözün əsl mənasında xitt olacaq. Dinləyicilər bu ifamı 27 sentyabr Yaşıl Teatrda dinləyəcəklər”.

 

Onu da qeyd edək ki, Zarina hazırda İstanbulda şəhərində dincəlir. İfaçı yaxın zamanda vətənə dönüb işlərinə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar