Sərdar Ortac xanımına ad günü keçirdi
05 iyul 2014 16:47 (UTC +04:00)

Sərdar Ortac xanımına ad günü keçirdi

Xəstəxanaya yerləşdirilən tanınmış ifaçı Sərdar Ortacdan xəbər var. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən ay ailə quran türkiyəli müğənni evə buraxılıb. Xəstəxanadan çıxar çıxmaz irlandiyalı Xloe Luqnan adlı həyat yoldaşının doğum gününü qeyd edən 44 yaşlı müğənni foto-kameralara tuş gəlib:

“Nəhayət, iyirmi günlük müalicədən sonra ayağa qalxdım. Bu məkana da istirahətə gəlməmişəm. Bilirsiniz ki, həyatımla bal ayına çıxmamışam. Həyat yoldaşımın ad gününü keçirtmək üçün 3 günlük Çeşməyə gəlmişik”.

S.Ortac onu ad əlavə edib ki, səhhətində yaranan problemlərdən dolayı iyul və avqust aylarında gerçəkləşəcək konsertindən imtina etməyib: “Bir çox konsertlərim olacaq. Onların bəzisi iyulda, bəzisi isə avqusta keçiriləcək. Konsertimi təxirə salmayacam. Əgər səhhətimdə problem yaransa, səhnədə oturub oxuya da bilərəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1822

Oxşar yazılar