“Number One” Beynəlxalq mükafatlandırma mərasiminin keçirilməsinə iki gün qalıb. Lent.az-ın məlumatına görə, noyabrın 25-də keçiriləcək tədbir barədə layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Tural Ozan məlumat verib: "Artıq iştirak edəcək məşhurlara dəvət göndərilib, bu günün sonuna kimi isə son adlar açıqlanacaq. Ən maraqlı bir məqam isə nömrə bir olmaq uğrundakı rəqabətdir. Məşhurlar bu layihədə çox iddialıdırlar. Hətta bir-biri ilə qalmaqal yaşayan tanınmışlar layihədə rəqiblərini görmək istəmədiklərini deyiblər. Bunla bağlı çoxlu zənglər gəlir. Ümid edirik ki, tədbir qalmaqalsız keçməyəcək. Əminəm ki, layihədən dərhal sonra şou-biznes aləmində yeni qalmaqallar start götürəcək".