Saleh Səmədova 8 il HƏBS CƏZASI  verildi
15 oktyabr 2026 16:15 (UTC +04:00)

Saleh Səmədova 8 il HƏBS CƏZASI verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Saleh Səmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini hökm edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar