Məşhur  diabet dərmanının   güclü  ürək qoruyucusu   olduğu sübut edildi
15 oktyabr 2026 12:32 (UTC +04:00)

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

0

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, piylənməsi və prediabeti olan 16 qadın üç ay ərzində empaqliflozin qəbul edib. Prediabet qanda şəkərin normadan yüksək olduğu, lakin diabet diaqnozu üçün müəyyən edilən həddə çatmadığı vəziyyətdir.

Müqayisə üçün alimlər aşağı kalorili pəhriz saxlayan qadınlardan ibarət nəzarət qrupunu da izləyiblər. İştirakçıların immun sisteminin vəziyyəti araşdırmanın əvvəlində, iki həftə sonra və üçüncü ayın sonunda qiymətləndirilib.

İki həftə sonra nə dəyişib?

Dərmanı qəbul edən qadınların qanında monosit və trombositlərin birləşərək yaratdığı hüceyrə komplekslərinin miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu komplekslər damar iltihabında və ürək-damar xəstəliklərinin inkişafında rol oynaya bilər.

Üçüncü ayın sonunda azalma daha nəzərəçarpan olub. Aşağı kalorili pəhriz saxlayan nəzarət qrupunda isə oxşar dəyişiklik qeydə alınmayıb.

Bu fərq müşahidə olunan təsirin yalnız çəki itkisi ilə izah edilməyə biləcəyini göstərir. Lakin nəticəni qəti sübut kimi qiymətləndirmək üçün daha geniş araşdırmalara ehtiyac var.

İmmun hüceyrələrin fəaliyyətinə də təsir edib

Tədqiqatda empaqliflozinin immun hüceyrələrin iltihabı gücləndirən fəaliyyətini azaltdığı da müşahidə olunub.

Müəlliflər hesab edirlər ki, bu mexanizm SGLT2 inhibitorları qrupuna daxil olan dərmanların ürək və damarları qoruyan təsirini qismən izah edə bilər.

Araşdırma azsaylı iştirakçını əhatə etdiyindən nəticələri hər kəsə aid etmək olmaz. Empaqliflozinə özbaşına başlamaq və ya mövcud müalicəni dəyişmək düzgün deyil. Dərmanın istifadəsinə həkim qərar verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar