Bakıda ictimai asayişi pozanlar həbs edilib.
Lent.az-ın məlumatına görə, hadisələr Nəsimi rayonu “28 May” metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib.
Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələb edib. Lakin həmin 6 nəfər qanuni tələbə məhəl qoymayaraq, hərəkətlərinə davam edib. Nəticədə onlar saxlanılaraq, barələrində müvafiq maddə ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onların üçü 1 ay, digər üçü isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.