Tanınmış müğənni “dəli” oldu
23 aprel 2013 10:39 (UTC +04:00)

Tanınmış müğənni “dəli” oldu

Dünən paytaxtımızda ilk dəfə “31 May Beynəlxalq tütün əleyhinə müdafiə günü ” ilə əlaqədar, “No Smoking” adı altında  film festivalın mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, ”Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən mətbuat konfransında  layihənin təşkilatçısı qismində xalq artisti Brilliant Dadaşova çıxış edib. "Addım" yaradıcı gənclər assosiyasının təsisçisiləri qismində “Eurovision”un qalibi Eldar Qasımov, Hüseyn Cavadzadə, Ülkər Qasımova, Murad Qasımov, Kamran Cavadzadə da iştirak ediblər. Mətbuat konfransında xalq artisti Brilliant Dadaşova hər kəsi sağlam yaşamağa çağırıb.

 

Daha sonra söz “Eurovision-2011” yarışmasının qalibi Eldar Qasımova verilib. O da öz növbəsində  "Addım" yaradıcı gənclərin hazırladığı layihələr barədə hər kəsi məlumatlandırıb. Sonda festivalın direktoru Hüseyn Cavadzadə mətbuat nümayəndələrinə kinofestivalın çox möhtəşəm keçiriləcəyini də onların diqqətinə çatdırıb.

 

 

Qeyd edək ki, bu festival tütün əleyhinə ekranlaşdırılan qısa metrajı filmlər müsabiqəsidir. Peşəkarlardan ibarət münsiflər heyətinin seçəcəyi qaliblər mayın 31-də gerçəkləşəcək möhtəşəm qala gecəsində Antalyaya səyahət qazanacaqlar. Layihənin ilk  videosunda xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Həmidə Ömərova, əməkdar artist Elza Seyidcahan, müğənnilərdən ,Eldar Qasımov, Səbinə Babayeva, Elnur Məmmədov, Azəri Günel, Elnarə Xəlilova teleaparıcılar Murad Dadaşov, Hüsniyyə Məhərrəmova, Səxavət Nur, Aytən Səfərova, aktyor Firdovsi Atakişiyev, meyxanaçı Namiq Qaraçuxurlu və jurnalist Feliks Vişnevetskiy çəkilib.

 

Mətbuat nümayəndələri tərəfindən alqışlarla qarşılanan videolarda digər sosial reklamlardan fərqi burada iştirak edən məşhurların özləri haqda etiraf etdikləri fikirlər olub. Bir qısa metrajlı rolikdə ən yadda qalan söz isə əməkdar artist Elza Seyidcahanın özünə “Dəli” deməsi olub.  

# 2842
avatar

Yalçın UĞUR

Oxşar yazılar