Vəfa Zeynalova boşanma xəbərindən danışdı
12 avqust 2013 16:20 (UTC +04:00)

Vəfa Zeynalova boşanma xəbərindən danışdı

Rejissor Yavər Rzayevin ekranlaşdırdığı "İlahi məxluq” filmində çəkildiyi erotik filimə görə tənqid olunan aktrisa Vəfa Zeynalovanın boşanma xəbəri yayılıb. Lent.az-ın Mövqe.az-a istinadən məlumatına görə, bu barədə Vəfa Zeynalovanın adının açıqlanmasını istəməyən həmkarı məlumat verib. Daha sonra Lent.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün aktrisa ilə əlaqə saxlayıb. V.Zeynalova da öz növbəsində xəbərin yalan olduğunu söyləyib: “Mən hal-hazırda Bakıda yoxam. Bilmirəm bu xəbərlər haradan və kimdən çıxır? Bu sadəcə boş-bekar adamların şayiəsidir. Mən yoldaşımdan boşanmamışam”.

 

Qeyd edək ki, 2011-ci ildə çəkilmiş "İlahi məxluq” filmi "Bizim kino” prodüser mərkəzinin istehsaladır. Filmin ssenari müəllifi Yavər Rzayev, bəstəkarı Siyavuş Kərimidir.

# 6657
avatar

Yalçın UĞUR

Oxşar yazılar