Xalq artistinin Nabran konserti baş tutmadı
05 avqust 2014 10:25 (UTC +04:00)

Xalq artistinin Nabran konserti baş tutmadı

Xalq artisti Aygün Kazımovanın Nabranda verəcəyi konsert təxirə düşüb. Lent.az-ın məlumatına görə, bu barədə konsertin təşkilatçısı, prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkəsindəki hesabında bildirib: 
 

 

“Aygün Kazımovanın avqustun 22-də Nabranda  təyin etdiyim konsertini təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpağın üzərində gəzən hər kəsin uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqraba toya, konsertə gedir? Heç kim! Ona görə bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar olaraq) şəhidlərimizin qırxı çıxmayana kimi heç bir təşkilatçılıq işi etməyəcəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394

Oxşar yazılar