Zorik: “”kitayski həcilər”dən olmayacam”
18 aprel 2013 13:15 (UTC +04:00)

Zorik: “”kitayski həcilər”dən olmayacam”

“Zorik” ləqəbi ilə tanınan rejissor Zöhrab Ağayev Həcc ziyarətinə hazırlaşır. Lent. az-a açıqlama verən Zorik deyib ki, bu xəbəri bir çoxları normal qarşılamadı: “Heç kimin fikri mənimçün  maraqlı deyil. Etiraf edirəm ki, Allah qarşısında çox günahlarım var. Amma ziyarətdə olduğum zaman Allahdan ilk növbədə şəxsi həyatımı, geyimimi, hərəkətlərimi müzakirə edən insanların günahından keçməsini diləyəcəyəm. Bilsinlər ki, bu həyatda bir insanın dalınca danışmağın özü də bir günahdır. Ziyarətə yola düşəndə ilk növbədə küsülü olduğum  adamlara zəng eləyəcəyəm. Halallıq istəyəcəyəm. Həmin

adamların adlarını isə, səfərdən qayıtdıqdan sonra söyləyəcəm. Artıq səfərimin vaxtı da dəqiqləşib. Uzağı bir aya, bir ay yarıma gedirəm.  Deyə bilərəm “kitayski həcilər”dən  olmayacam. İndi  bəziləri ziyarətdən  qayıtdıqdan sonra yenə “mütürüf” kimi yaşayırlar. On manata görə, tullanıb - düşürlər. Həccə getməyimi reklam  etməyəcəm.”

 

Daha sonra Zorik bildirib ki, Həcc ziyarətindən qayıtdıqdan sonra şou-biznesdə yox, başqa sahədə çalışacaq: “Sənətimi dəyişəcəyəm. Artıq bu yöndə bir neçə addımlar da atmışam. Bizneslə məşğul olacağam. Oxuduqlarımdan o qənaətə gəldim ki,  ziyarətdən sonra şou-biznesdə qala bilmərəm. Etiraf edim ki, bu sənətdə olmağımın özü bir günahdır.”

# 2938
avatar

Yalçın UĞUR

Oxşar yazılar