Zorik: “Aygün Kazımova özünə kibrit vurub yandırmalıdır...”
29 may 2013 11:56 (UTC +04:00)

Zorik: “Aygün Kazımova özünə kibrit vurub yandırmalıdır...”

Xalq artisti Aygün Kazımovanın Azərbaycanı tərk etməsi xəbərinə rejissor Zorik (Zöhrab Ağayev) münasibət bildirib. Bununla bağlı öz təəssüratlarını Lent.az-la bölüşən rejissor onun vətəni tərk etməsinə üzüldüyünü bu sözlərlə ifadə edib: “Aygünün sosial şəbəkədə yazdıqlarını oxuyanda çox pis oldum və özümü onun yerində gördüm. Çünki mən də bir zamanlar o hissləri keçirmişəm. Sosial şəbəkədə onun haqqında pis-pis sözlər yazan insanlara neyləməlidir ki? Özünə kibrit vurub yandırmalıdır ki, onları təəccübləndirsin? O, şou-biznesdə bundan artıq nə etməlidir? Mənə elə gəlir ki, Aygün təəccübləndirmək üçün hər şey edib. Baxmayaraq ki, ona pərəstiş etmirəm, Natəvanı, Günay İbrahimlini daha üstün tuturam. Amma Aygünün etdiklərini də danmaq olmaz.

Aygünü çaxıra bənzədirəm. Çaxır köhnəldikcə qiyməti artır. Bu insan da yaşlandıqca daha da dəyərə minir”.

# 2924
avatar

Yalçın UĞUR

Oxşar yazılar