Türkiyənin məşhur müğənnisi Ebru Gündeş bu dəfə bahalı aksessuarı ilə gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin son fotolarında qolunda görünən saatın qiyməti sosial şəbəkələrdə böyük marağa səbəb olub.
51 yaşlı müğənninin dünyaca məşhur brendlərdən birinə məxsus saatının təxminən 7 milyon 500 min Türkiyə lirəsi dəyərində olduğu iddia edilir. Bildirilir ki, bu məbləğə Türkiyənin bəzi bölgələrində mənzil, hətta lüks avtomobil almaq mümkündür.
Qeyd edək ki, Ebru Gündeş son aylarda xeyli arıqlaması və xarici görünüşündəki dəyişikliklərlə də diqqət mərkəzində olub.
Bir müddət əvvəl müğənninin təxminən 10 milyon lirə dəyərində üz gərmə əməliyyatı keçirdiyi iddia edilmişdi. Sənətçinin son fotoları həm dəyişən görünüşü, həm də bahalı aksessuar seçimi ilə Türkiyə şou-biznesində müzakirələrə səbəb olub.
