Yerli şou-biznes nümayəndələri Novruz bayramını  harada qeyd edəcək?
13 mart 2023 19:10 (UTC +04:00)

Yerli şou-biznes nümayəndələri Novruz bayramını harada qeyd edəcək?

Yavaş-yavaş Novruz bayramının gəlişi hiss olunur. Milli bayramımızı şou-biznes əhli hər zaman xüsusi qeyd edib. Görək, bu dəfə bayramı kim, harada qeyd edəcək?

Lent.az bununla bağlı bir neçə məşhurun fikrini öyrənib.

Xalq artisti, səhnənin “diva”sı Aygün Kazımova Novruz bayramını Rusiyada qeyd edəcək. Belə ki, o, martın 19-u Moskva səhnəsində çıxış edəcək. 

Bir neçə gün əvvəl Aygün Kazımova ilə küsülü olduğu deyilən tanınmış müğənni Dilarə Kazımova Lent.az-a açıqlamasında bildirdi ki, Novruz bayramı üçün harasa dəvət almayıb:

“Dəvət olunmamışıq. Hələ ki, necə keçirəcəyimizi bilmirik. Yəqin ki, iş başında olarıq. Küsülü olduğum şəxslə barışmağı düşünmürəm. Ondan başqa hamı ilə münasibət əladır”.

Müğənni Günel Zeynalova isə bayramı Türkiyədə, səhnədə keçirəcəyini sosial şəbəkə hesabında qeyd edib.

Şairə, xına məclislərinin aparıcısı Nazilə Səfərli bayramı evdə qeyd etməyi düşünür. Bundan başqa, o, Lent.az-a açıqlamasında evinə xüsusi qonaqları dəvət etdiyini dedi:

“Novruz bayramı üçün hələ ki, hansısa şou-proqrama və ya məclisə dəvətli deyiləm. Ola bilər ki, çox adam bizə dəvətli olsun. Bu da sürprizdir (gülür). Heç kimlə küsülü deyiləm. Zəiflər küsülü olur. Bəzi insanlarla qarşılaşanda salam da verirəm, yanından ötüb keçirəm. Kim məndən küsübsə, özü bilər. Qələbə yenə də məndədir”. 

Meyxana ifaçısı Samirə Yusifqızı milli bayramı bu il də Rusiyada qeyd edəcəyini saytımıza söylədi:

“Bu bayramı Azərbaycandakı evimdə yox, çox uzaq yerlərdə, belə deyək, xəritənin o biri ucunda qeyd edəcəyəm. Deyirlər ki, Novruz bayramını evində keçirməsən, yeddi il evdə olmayacaqsan. Nə qədər doğru olduğunu bilmirəm, ancaq iş belə gətirdi. Rusiyada məclislərə dəvət almışam. Bayramı azərbaycanlılarla, səhnədə qeyd edəcəyəm. Burada adət-ənənəmizi çox gözəl şəkildə qoruyub saxlayırlar. Azərbaycanlılar necə lazımdırsa, əziz bayramımızı elə qarşılayırlar. Hər kəsin Novruz bayramı qutlu, bərəkətli olsun”.
 

# 3354
avatar

Nigar Namiq

Oxşar yazılar

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

2 iyun 2023 , 22:15
“O ağır intiqam aldı,  üzümüzə tüpürdü”   - Uğur Aslan

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

2 iyun 2023 , 20:00
Onu  uşaq bilib   zorla...

Onu uşaq bilib zorla...

2 iyun 2023 , 18:52
Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər –  Görün nəyə görə

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

2 iyun 2023 , 18:10
Beyonsu  qum saatına   bənzətdilər 

Beyonsu qum saatına bənzətdilər 

2 iyun 2023 , 17:27
İki ulduz birlikdə  yaxalandı

İki ulduz birlikdə yaxalandı

2 iyun 2023 , 16:32
Məşhur müğənni restorandan qorxub qaçdı

Məşhur müğənni restorandan qorxub qaçdı

2 iyun 2023 , 15:46
Tanınmış aktrisa  yeni imici ilə   çox bəyənildi

Tanınmış aktrisa yeni imici ilə çox bəyənildi

2 iyun 2023 , 14:52