3-cü doza peyvəndləmə ilə bağlı ən çox verilən SUALLARIN CAVABI
07 iyul 2021 12:30 (UTC +04:00)

3-cü doza peyvəndləmə ilə bağlı ən çox verilən SUALLARIN CAVABI

COVİD-19-la mübarizədə 2 dəfə peyvəndlənən insanlara 6 aydan sonra 3-cü doza peyvənd vurulacaq. Bununla bağlı insanları bir çox suallar maraqlandırır.

Lent.az Yoluxucu Xəstəliklər Mütəxəssisi Dos. Elif Hakkoya 3-cü doza peyvəndləmə prosesi ilə bağlı ən çox verilən sualların cavabını təqdim edir: 

2 doza “CoronaVAC” qəbul edənlər, üçüncü doza olaraq “Pfizer” peyvəndi vurula bilər.  


2 doza “Pfizer” peyvəndi olanların üçüncü doza peyvəndə ehtiyacı yoxdur.

12 həftədən sonra bütün hamilə qadınlar, süd verən analar və hamiləlik planlaşdıranlar “Pfizer” peyvəndi vurdura bilərlər.

Peyvəndləmədən sonra ağrı, yüksək temperatur, əzələ və baş ağrısı kimi yan təsirlərdə ağrıkəsicidən istifadə etmək olar. 
 

Qan durulducu dərmanlardan istifadə edən şəxslər peyvənddən öncə həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur. 
 

Diabet, astma və ya başqa xəstəlik səbəbi ilə davamlı dərman qəbul edənlər də peyvənd oluna bilərlər. 

“CoronaVAC” peyvəndi vurduranlar 3-cü doza “Pfizer” peyvəndi qəbul etmək üçün 1 ay gözləməlidirlər. 

# 2802
avatar

Nigar Adil

Oxşar yazılar