Banan alanda  bunlara diqqət edin
25 mart 2024 17:15 (UTC +04:00)

Banan alanda bunlara diqqət edin

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.

Lent.az banan və plantainin fərqi barədə məlumat verir.

Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir, çiy yeyilir. 

Plantain isə bir qədər yaşıla çalan, daha düz, bərk və uzun formada olur. Onlara bəzən bişirilən banan da deyirlər. Plantain Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın şimalında əsas qida maddəsidir. Yeməklərdə kartof əvəzinə istifadə olunur. Plantainin dadı şit, kalorisi isə banandan daha çoxdur. Ondan dadlı mürəbbə də bişirilir.

Alarkən dediyimiz əlamətlərə diqqət edin ki, evinizə banan əvəzinə “afrikalı kartof” aparmayasınız.

# 14208
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar