Bill Qeyts, Mark Zukerberq, İlon Mask, Ceff Bezosun evinin FOTOLARI  və QİYMƏTİ
27 may 2021 20:18 (UTC +04:00)

Bill Qeyts, Mark Zukerberq, İlon Mask, Ceff Bezosun evinin FOTOLARIQİYMƏTİ

Texnologiyada qazandıqları uğurlar hesabına milyarder olan şəxslərin həyat tərzi, evləri hər  zaman insanlar üçün  maraqlı olub. “Facebook”, “Microsoft”un keçmiş CEO-su, “Snapchat”, “Amazon” yaradıcıları hansı evdə yaşayır? 

Lent.az xarici KİV-ə istinadən dünyanın məşhur milyaderlərinin evlərini təqdim edir:

Bill Qeyts

Texnologiya deyəndə ilk olaraq Bill Qeyts yada düşür. Qetysin evinin dəyəri 123 milyon dollardır. Təxminən 6 min kvadrat metr ərazisi olan ev 17 ilə tikilib.

Mark Zukerberq

“Facebook”un yaradıcısı Mark Zukerberqin evi  Kaliforniyada yerləşir və 7 milyon dollar dəyərindədir. Zukerberq 30 milyon dollara evinin ətrafında olan 4 qonşu mənzili alması gündəm olmuşdu.

İlon Mask

İlon Maskun evi Los-Ancelesdə yerləşir. Malikanənin qiyməti17 milyon dollardır. 

Stiv Balmer

“Microsoft”un keçmiş CEO-su Stiv Balmerin Vaşinqtonda yerləşən evində də bir tennis kortu, bağ və hovuz var.

Ceff Bezos 

“Amazon” şirkətinin qurucusu Ceff  Bezosun evi 4 yataq və 6 hamam otağından ibarətdir. Təxminən 13 milyon dollar dəyərində olan ev çox böyük bir ərazidə tikilib.
 

# 43611
avatar

Nigar Adil

Oxşar yazılar