Bu adam 35 ildir dayanmadan oruc tutur
25 mart 2024 13:49 (UTC +04:00)

Bu adam 35 ildir dayanmadan oruc tutur

Türkiyənin Kocaeli şəhərinin Gölcük qəsəbəsində yaşayan 58 yaşlı Osman Ay 35 ildir dayanmadan oruc tutur.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 58 yaşlı market satıcısı Osman Ay ibadətinə 20 yaşında başlayıb və o gündən sonra heç tərk etməyib.

“Oruc mənə fərqli bir enerji verir. Yemək-içməklə çox arası olan biri deyiləm. Əvvəl Ramazandan öncəki 3 ayı oruc tutmaqla başladım. Sonra bunu 6 ay etdim. Daha sonra illərə döndü. Allaha yalvardım ki, qarnımı deyil, könlümü doyuzdursun. Mən mənən zəngin olmaq istədim, o da verdi”, - deyə Osman Ay bildirib.

# 2937
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar